ONA KISILIRAM MƏN DƏ KÜSƏNDƏ
***
Dünən acığıma yağırdı.Bu gün Dəyişib bu yağış,xoşuma yağır. Deyəsən utanır,amma yağmağa, Bilir ki,yağanda başıma yağır. * Sönmür buludların ehtirasları, Orda ara-sıra göy açıq,yağır. Sallanır söyüdün salxımlarından, Yağır,tut ucundan göyə cıx yağır. * Üzümdən od çıxır deyim ki,yağış, Vaxtımı kövrəlib payız yağmağın. Dikəlib torpağın xəzəl üzünə, Bir üz çiləməyin,bir üz yağmağın... * Yalqız sokaklarda qərıb biriyəm, Təkcə damcılardı çətrimə gələn. Məni gözləyənlər xəyala dönmüş, Məni özləyənlər xətrimə gələn... * Xətrimə gələnlər sətrimə gələn, Qaçıb daldalanan öz adamlarım. Donub sətrlərin soyuq başında Üşüyür yağışa söz adamlarım. * Gör nələr uydurur,xatırıma bax, O sevda məsəli-sünbül süsəndə. Yağış xəyallarım yağmurluğumdur, Ona qısılıram mən də küsəndə. *** |
İçten ve samimi...
Duygu kaynağı...
Gönlüne sağlık...
.......................................... Saygı ve selamlar..