BİR GÜL VARDI...
***
*** Bir gül vardı,rüzgar aldı apardı, O gül mənim gül yarımın gülüydü. Gizləmişdim çiçəklərim görməsin, Bəsləmişdim gül,yarımın gülüydü. * Yanımdaydı,gül vurardım,eyzan gül, Otağım gül,yatağım gül,eyvan gül, Dodaq gülər,bəhli,gilas əlvan gül, Gül deyərdim gül,yarımın gülüydü. * Gül məbədim hanı könlüm tapına, Gül bağlayıb ürəyimin sapına Gül vurmuşdum taxta taxta qapına, Naxışları gül,yarımın gülüydü. * Qulaq səsə,göz qapıya zillənib, Yanağımda güz yağışı sellənib, İntizarı barmağımda güllənib, Bıçaq mənim,gül yarımın gülüydü. *** |
Kalemin susmasın
__________________________________Selamlar