Anla,dünya fırlanır...
Anla,dünya fırlanır...
Dəyərli ustadımız B.Vahabzadənin məşhur “Axı dünya fırlanır”əsəri buyazını mənə yazdırdı.Allah sənə rəhmət etsin ustad. ( özündən razı harın bir məmura.) Kürsüdə güclü şirsən, Pul yıömağı sevirsən Evində dərdli sirsən, İnsanlığın korlanır Anla,dünya fırlanır... Bu gün sənsən,sabah mən O kürsüyə az güvən, Sorğular gələr həmən Peyvənd cıra calanır, Anla,dünya fırlanır... Sürüşkəndi o kürsü “Göndən”çəkilib üzü, Onda əyləşib yüzü, Harınlaşan tullanır Anla,dünya fırlanır... “Əkdiyini biçərsən” Rüşvətli gün seçərsən, Unutma ki köçərsən Sonda sorğu gurlanır Anla,dünya fırlanır... Mənəmliyin qəsdi çox, Olmaz acgöz gözlü tox, Tamah gücdə iman yox Nıfis gözdən zorlanır Anla,dünya fırlanır... Bəsdir,çapdın,taladın İnsanlığı daladın, Əl-ayaqlar yaladın Adın qansız hallanır Anla,dünya fırlanır... Düşün beldə palanı, Səndən sonra qalanı, Əməlində talanı “Arxiv”lərə yollanır, Anla,dünya fırlanır... Qərar sənin,can sənin, Ötəri “zaman”sənin, Düşüncən viran sənin Əməllərin qorlanır Anla dünya fırlanır... Haqqa gəl,haqqa qarış, Rüşvətlə etmə yarış, Tövbə et haqla barış Haqsız varlıq talanır Anla,dünya fırlanır... Əbədi tək qüvvə var Ondadır haqq ixtiyar, Tutma gəl şeytan azar Meyvə dəyib sulanır Anla,dünya fırlanır... Dedim sözüm anla gəl, Səhv əməlin danla gəl Məsumu az yanla gəl Günah əməl toplanır, Şahidlərlə qollanır Anla dünya fırlanır... 2018. |