Ved palanı...
Vəd palanı.
“Şor kərə yağdan bahasa” qardaşım, Ocağımda dəm alarmı de aşım? Haqsızlıqla çox olubdur savaşım Boş sözlərlə yedirdərək yalanı, Yükləyirlər belimə vəd palanı... Kürsübaz kürsüdən güc qürur duyur , Mənlik,vicdan utancdan susqun durur. Məsumlarsa ədalət haqqı sorur Göstərilib get-gəl ilə dalanı, Yükləyirlər belimə vəd palanı... Tələ qurğu oyununu pozuram, “Vəzifəsin” gözə soxur susuram. Şərlənirəm,tale deyib yozuram, Hiss etdikdə öndən gələn bəlanı, Yükləyirlər belimə vəd palanı... Həyat dad-tam məsum üçün tamarzı, Xoş günlərin xəyaldadır avazı, Qanunlarsa məmur keyfinin nazı, Mənimsəyib əldə nə var olanı, Yükləyirlər belimə vəd palanı... Can deyirsən canın alınır əldən Əsəb verib sözü çəkirlər dildən, Çörəklə sınayıb bezdirib eldən, Düzə salıb qəsdlə edib talanı, Yükləyirlər belimə vəd palanı... Qanunların adı varsa,özü yox, Başbilənlər söz “ustası”, düzü yox, Mənlik,vicdan “yandırılır”,közü yox Görk edilir yanıb külü qalanı, Yükləyirlər belimə vəd palanı... Günü aya ayı ilə qatırlar, Susqunlarsa susqunluqda batırlar, Yastıq qoyub baş altına atırlar Bəsləyərək ixtişaş dərd salanı, Yükləyirlər belimə vəd palanı... Bu nə yaşam,bu nə dövran bilmirəm, Çıxış yola düşüncəylə gəlmirəm, Çox yatıram,əzilirəm gülmürəm, Bəslədikcə varidatım çalanı, Yükləyirlər belimə vəd palanı... Haqdan kənarsansa, diləmə haqqı, Olarsan haqsıza şeytan yarağı, Özündə axtar ki əməl sorağı Görəsən nadürüst filan filanı, Yükləyirlər belimə vəd palanı... 2018. |