Deryada gemi birdi...
Dəryada gəmi birdi...
Bağıra-bağıra danışan insan, Sözün zilidə bir,bəmidə birdi. Varsada dediyin sözdə həqiqət Anlamı aşkardı, cəmidə birdi. Üzməyi bilməsən dəryaya girmə, Sözünü “yaş yuyub gəl quru sərmə”, Çoxbilmiş uşaq tək sinəni gərmə, Dürüstlük hikmətin güc çəmi birdi. Bağırıb danışmaq sözün yalanı, İnsanı çaşdırıb edər talanı, Deyərdim olmayın kürsü palanı, Vicdanla haqq qeyrət qədəmi birdi. Atılıb düşməklə istək var olmaz, Höcət,təkəbbürlə sevda yar olmaz, Şaxta güc gəlməsə,yerdə qar olmaz, Düşüncə,məsləhət sirr dəmi birdi. Atəşlə oynama,ağılla oyna, Xalqın qazanında qeyrətlə qayna, Kimin kim olduğun göstərir ayna, Haqq yolun varlıqla həmdəmi birdi. Birlik içdən doğar ədavətdən yox, Nadana dürüstlük olar güclü ox... Həyat ötəridi ol ki könlü tox, “Nə əksən o bitər” yurd zəmi birdi. Nala,mıx vuranlara söz dedim, Bu varlıqdan nə gördümsə düz dedim, Eşidilən hər bir sözü çöz dedim, Vətən adlı dəryada gəmi birdi... 2018. |
Her şairin okuduğu şiire yorum yapması güzel bir davranıştır...
........................................ Saygı ve selamlar..