Turamp
Turamp
Süni “dəyər yaradıb” dollara minnətlə Turamp, ABeDe nazı edir hiylə “siyasətlə” Turamp. Guya ki demokratdı insani haqdan danışır, Xox gəlib ölkələrə baxır cinayətlə Turamp. Yox bunun hissiyatı Firon baxışla yaşayır, Demokrat aləminə gəlib xəyanətlə Turamp. Şeytanlıq məkanıdır bu ABeDe şər yuvası, Rəhbərlik bu gün edir bəd ağıl niyyətlə Turamp. Danışır silah güclə,amma “quyruğun” bulayır, Daşırır səbrimizi etdiyi qələtlə Turamp. Sanır ki silah,sərvət gücdü susacaq kimsələr, Anlamır güc qeyrətdir,məhv olar nifrətlə Turamp. Baş düşüb qarın yerə,qarın başın yerindədir, Kürsüsü silkələnir,çökür xəcalətlə Turamp. Türk,İran,Rusiyaya böhtanlı oyun qurulur, İnanın məhv olacaq sonda fəlakətlə Turamp. Görünür bu Fironun həm rəy “tamah”qardaşıdı, Fələstin “yer ayırıb”köçəcək lənətlə Turamp... 2018. |
Yüce duygularla yazılan güzel dizeleri kutluyorum...
Şiir hayatın gerçeğidir…
........................................ Saygı ve selamlar..