ZAMAN GEZİRLER...
Zaman gəzirlər...
Millət sevərlərə. Gəlin bölünməyin,bölərək bizi, Paran-parça edib tək-tək əzirlər... Türklüyün gücünü birgə görəndə Düşmənlər qorxudan tir-tir əsirlər. İqtidar,müxalif Türklüyə yaddır, Parçala höküm sür hiyləyə addır. Bir olun,Türklüyə birlik həyatdır, Bizi təkləməyə zaman gəzirlər... Gəlin xatırlayın ötən günləri, Turan ellərində duman çənləri, Türklük sütununu bic yeyənləri, Tələli duraraq yolu kəsirlər... Amandır,düşünün-daşının bir az, Millətçi millətə müxalif olmaz, Araya daş atan hər ağlı dayaz, Sizi təkləməyə çox tələsirlər... Bayramın sözündə qəbahət yoxdur, Sizə söyləməyə sözləri çoxdur, Millətin birliyi düşmənə oxdur, Bir olun,sevinsin hər Türk əsillər... 06.12.2015 |