...Bilse yaxşıdır.
...Bilsə yaxşıdır.
Düşüncə xəyallar istəkli ötür, Həyat insan üzə gülsə yaxşıdır. Arzu tükənməzdir,irəli qaçır, “Hər kəs öz yerini bilsə”yaxşıdır. Yüz hiylə oyunla kürsüyə gələn, Ədalət varlığı hökümlə silən, Bərəkət çuvalın dibini dələn Düşmən bağırını dəlsə yaxşıdır, “Hər kəs öz yerini bilsə”yaxşıdır. Qəlbdə kinlik varsa,qəlb haqla olmaz, Ədalət,vicdandan işırtı qalmaz, “Hər kəs öz yerini bilsə”yaxşıdır. İnsan hikkə hissi silsə yaxşıdı - “Hər kəs öz yerini bilsə”yaxşıdır. Baxıram böyükdür “qaşıq çömçədən”, Gül ləçək açmayıb sanki qönçədən, Haqsız qaydalardı xalqı incidən, Milli ruh adətlə gəlsə yaxşıdır “Hər kəs öz yerini bilsə”yaxşıdır. Nəfis aldatmasın mənlik,vicdanı:- Fironla göstərib tarix ədanı, Oyadır zamanda həyat yatanı, Ayılan haqq işi görsə yaxşıdır, “Hər kəs öz yerini bilsə”yaxşıdır. Bayram,gəliş-gediş həyat belədir, Sonda əməl izin sorğu ələdir, Nəyin var aranır,sanma tələdir İnsan,insan kimi ölsə yaxşıdır, “Hər kəs öz yerini bilsə”yaxşıdır. 2018. |
Kalemin susmasın
_________________________________Selamlar