Allah bana verme sabır...
Allah mənə vermə səbir...
Allah mənə vermə səbir, Gözü yolda olanım var... Yurdum düşmən əlindədir İz silinməz qalanım var... İrəvanım,Qarabağım, Göycə,Şuşa ağlar ağım Ağrı dağım həsrət dağım Paran-parça el canım var. Yaram qabıq bağlamayır, Təbib susur yoxlamayır, Qəlbim daşdı,ağlamayır Yalan sözlü palanım var. Vədlər məni bezdiribdi Atəşkəslə əzdiribdi, ATƏT yolum kəsdiribdi Unutqanlıq salanım var... Namərd elim yadlaşdırır Yad adlarla adlaşdırır, Susqunluğa qatlaşdırır Yurda həsrət salanım var. At oynadır yurdda kafir, İçimdə kin tufan əsir, Allah mənə vermə səbir Qəti qisas qərarım var... Dözümlü suç sözlə qaldım Elə bildim düzlə qaldım, İçim yanır,közlə qaldım, “Lazım gəlsə” yalanım var... Qınamayın məni qardaş, Toparlanın yavaş-yavaş Gecikirik açaq savaş Düşməndən öc alanım var... 2018. |
Kalemin susmasın
_____________________________Selamar