Olasan...
Olasan
Cəhd edib qəlbimi açdım görüb vurğun olasan, Eşqimin ağuşunda məst olub yorğun olasan. Girərək qəlbə asta bir görərək eşq halımı, Döyünən eşqin ilə sevdalı sorğun olasan. Eşqi fani sanana göstərərək sevda gücün, Axaraq bulaq kimi sevdanla durğun olasan. Canımı eşqlə alıb sevdana əsir salaraq, Züleyxa sevdasıyla eşqimə uyğun olasan. Quşu quşla tutar arif, sarın eşqlə eşqimə, Fərqi yox,istər açıq, qəlbdə ya “oğrun”olsan. Eşq qəlbi sıxan gücdü qəlbə girsə çəkər sığal, Bayram seç tərzi halın,sevdanla durğun olasan. 2018. |