OLA
Tanrıdan istəyim budur ki mənim,
Nurlu bir günəşim, sabahım ola. Dilimdə səslənə sevgi nəğməsi, Nə bir intizarım, nə ahım ola. Dünyanın çəmini tapam dünyada, Heç vaxt vurulmayam şöhrətə, ada. O gözəgörünməz yetə imdada, Qadiri-Sübhanım pənahım ola. Nur ilə yoğrula ruhumun xəmri, Əflatuna verə Haqq özü əmri. İnsan tək yaşayam həyatda ömrü, Nə qəbahət, nə də günahım ola. 20.12.2017. |