OYNASINŞiirin hikayesini görmek için tıklayın Oğlumun toy şənliyində Borçalının ünlü ozanı aşıq Nurəddin Qasımlının oğlu, atası kimi ünlü ozan aşıq Həvəskara xitabən
Aşıq qardaş, çal sazını, dövr elə,
Könül cuşə gəlsin, əllər oynasın. Elə şövqə gətir sədəfli sazı, Mizrabın altında tellər oynasın. Səsin elə gəlsin, qəlbim oyansın, Ruhum da təzə bir rəngə boyansın. Elə nəğmə oxu, dil havalansın, Bülbüllər sevinsin, güllər oynasın. Bəzə bu məclisi telli sazınla, Yeni nəğmə söylə xoş avazınla. Dünya təzələnsin bahar, yazınla, Yurdum fərəhlənsin, ellər oynasın. Sazın-sözün məskənidir bu yurdum, Hər oğulu bir qoşunum, bir ordum. Əflatunam, toy şənliyi mən qurdum, Qoy "Mübarək" deyən dillər oynasın. 30.11.2017. |
Kalemin susmasın
__________________________Selamlar