Ezelden noksan okuyor...
Əzəldən nöqsan oxuyur...
Vay bizim halımıza “şeytan”lar meydan “oxuyur”, Böhtan şər dövlətlərsə güddüyü paydan “oxuyur”... Yatırıq,çox yatırıq görməyərək hiylə toru, Şoqərib pul gücünün axdığı arx çayı duru, Ah,ufla gün ötüşür bəxş edərək azar çoru, Tarixim saxtalaşır,düşmənim “haydan”oxuyur, Vay bizim halımıza “şeytan”lar meydan “oxuyur”, Böhtan şər dövlətlərsə güddüyü paydan “oxuyur”... Qarabağ,Zəngəzurdan dərd ilə söhbət açırıq, Lazımı gözləyirik gəlmir savaşdan “qaçırıq”, Kənarda şir olaraq şimşək tək alov saçırıq, Əməldə bir tindəyik düşmənlər hədyan oxuyur, Vay bizim halımıza “şeytan”lar meydan “oxuyur”, Böhtan şər dövlətlərsə güddüyü paydan “oxuyur”... Ümüdü bağlamışıq ATƏT ilə kimsələrə, Bunlarda sözü verib günü bölür hissələrə, Hiylə oyun qurulur əzəlki tək hey bizlərə, İşimiz tərsə düşür didərgin vaydan oxuyur Vay bizim halımıza “şeytan”lar meydan “oxuyur”, Böhtan şər dövlətlərsə güddüyü paydan “oxuyur”... Susuruq bu cahanda günahsız hər axan qana, Səlib yürüşü olan tələli xaçlı talana, “İlim”islam bağırıb coniyə olan palana, Görürük dinimizə “sırınan”nadan oxuyur, Vay bizim halımıza “şeytan”lar meydan “oxuyur”, Böhtan şər dövlətlərsə güddüyü paydan “oxuyur”... Söz gəlib söyləyirəm ayıl düşünüb sabahı, Ey sərvət düşgünləri sevərək din qibləgahı, Nə qədər sussa müsəlman alacaq cəza ahı, Alçaqlar gizli savaş eyləyib bəyan oxuyur, Vay bizim halımıza “şeytan”lar meydan “oxuyur”, Böhtan şər dövlətlərsə güddüyü paydan “oxuyur”... “İt hürər karvan keçər”söyləmiş bizim babalar:- Bu hürüş başqa hürüşdür,quyruqsa bərk çavalar, Birləşin Turan ellər,ayılın ey el-obalar, Türk gücdən qorxub xaçlı bizlərə üsyan oxuyur, Vay bizim halımıza “şeytan”lar meydan “oxuyur”, Böhtan şər dövlətlərsə güddüyü paydan “oxuyur”... “Keçinin buynuzusa xəstədi möhkəm qaşınır,” Anlamır gön almaqçün dərilər möhkəm aşınır, Hiyləgər tələləri aydındır böhtan yaşanır, Çox sifət iki üzlü ABeDe qan-qan oxuyur, Vay bizim halımıza “şeytan”lar meydan “oxuyur”, Böhtan şər dövlətlərsə güddüyü paydan “oxuyur”... Bizə güc verib Rəbbim dözüm,inadla birlikdə Mahirik döyüşlərdə düşmən onunçün səksəkdə, Sapı bizdən satqınlar məhv olacaq bil yedəkdə, Düşmənin yolu bəlli öz əqli zaydan oxuyur, Vay bizim halımıza “şeytan”lar meydan “oxuyur”, Böhtan şər dövlətlərsə güddüyü paydan “oxuyur”... Türkə qarmaq atılır,qarmaq sancılır atana, Atəşlə oynayırlar düşürlər atəş oduna, Bələddi Türk düşmənin “siyasət”li soy zatına, Bunların düşük əqli əzəldən nöqsan oxuyur, Vay bizim halımıza “şeytan”lar meydan “oxuyur”, Böhtan şər dövlətlərsə güddüyü paydan “oxuyur”... 2017. Ezelden----önceden |