Nezir - niyazdan sora...
Nəzir- niyazdan sora…
Qalmadı səbrü qərar səndəki nazdan sora, Qəlbə dərdi yüklədin sevda avazdan sora. Toy-düyün gözləyirdik,söylə yetdimi sona? Gəlir sərt şaxta,ayaz gəlmə payızdan sora... Eşq yükü bil ağırdı,yet ona bir hali ol, Düşünmə çox qəlb sınar gəlsən birazdan sora. Kərəmi anla necə düşdü eşqlə atəşə, Saz sözün anlamasan anlama sazdan sora. Bayramın qəlbi kövrək eşq havalı sevdadı, Qovuşar yara əlbət nəzir-niyazdan sora... 2017. |
Kalemin susmasın
__________________________Selamlar