Qopardı getdi...
Qopardı getdi...
Həyatın bu yükü yaman ağırdı, Ömür-gün bu yolla çapardı,getdi... Aylar illər ilə əvəz olduqca, Gənclik güc-qüvvəti tapardı,getdi. Həyat xısın-xısın görər işini, Xoşlamaz insanlar deyən “əşini”, Həyatın üç günlük sonda beşini, Aparan ağızdan aradı getdi. Həyatım yaşadım mən də hamı tək, Qapımı çox döydü tufanlı külək, Ötəri bu həyat sadəcə dilək, Fələk diləklərim apardı getdi... Ümüdüm,istəyim sirli,deyilməz, And yerim var idi qəlbdə,əyilməz. Bayram,o istəyin bir daha gəlməz, Kimsələr sinəndən qopardı getdi... 2017. |
Qelemin susmasın
______________________________Salamlar