YAXANDA BULDUĞUM SEVGİ BU SEVGİ
***
*** Həya pərdə çəkib sübhün üzünə, Hava işıqlaşır... Açma yaxanı. Ömrümdə bir dəfə əlimə düşüb, Götürüb əlimdən qaçma yaxanı. Yasəmən qoxursan yatağında sən, Məni də qoxuna bürü,nə olur. Qonşular duyarlar,cilvələnmə,qız... Bir az ustlu dayan,kiri,nə olur. Aç könül qapımı. Döymə,gərək yox, Təkcə,dodağımdan izn al yetər. Dilə tutursansa dilimdən yapış, Bir kəlmə "sevirəm" sözün al yetər. Mənim sevgim var ya,ilan sevgisi- Bütün sevgilərin ən öldürəni. Düşüb ayağına öləni sevmə, Sən yalnız məni sev-mən öldürəni... *** Bir sevda doğurdun sən mənim üçün, Qalsın ovcunda,əlində qalsın. Nə dərdin çəkəsən ayrılıq görüb, Nə ağı saçının telində qalsın. Bu qara,bu qışa-vaxta düşəli, Necə böyüdəcəm şaxta düşəli, Kaş bütün qaralar baxta düşəli Dönsün yanağının xalında qalsın. Nə abır atmışam,ar itirmişəm, Başıma götürüb qar itirmişəm, Bir cüt sinən üstə nar itirmişəm, Dəyməsin,qoy elə kalında qalsın... Bir sevda doğurdun sən mənim üçün, Qalsın ovcunda,əlində qalsın. *** |
Qelemin susmasın
_____________________________Salamlar