Günahkar zemane kalır...
Günahkar zəmanə qalır.
Zəmanə tərs dəyişir insanlıq “gümanə”qalır, Haqq yoldan insan azır,günahkar zəmanə qalır. Dəyişir genləri insan kəsəyən genlər ilə, Zamanda baş bilənlər lal olub biganə qalır. Haqq özü bir nağıldı,dildə şüar eylənilir, Vicdanı “susdururlar”sabaha əfsanə qalır. Dünyanın sonudurmu hər insan yalana qaçır? Haramlıq tüğyan edir,haqq işlər talanə qalır. Zəhmətin bəhrəsini görəmmir əkib becərən, Kənardan qulp qoyulur,əziyyət nişanə qalır. Qanunlar sifarişlə sorğusuz hərdən dəyişir, Əzabı çəkmək isə hər məsum insanə qalır. Allahın verdiyi nemət düşərək şeytan ələ, İnsanlıq şər əlindən dözəmmir divanə qalır. Zamanın dərdi böyük,tale yükün çəkəmməyir, Bunu insan yaradır,zamanda bəhanə qalır. Acımız hey dəyişən genlər ilə hər qidadır, Bayram bu qanə köçür,sorğu sual qanə qalır... 2017. |
Şiiriniz çok şahane duygu saçmakta...
Beğendim ve haz aldım…
...................................................... Saygı ve Selamlar….