Gedir...
Gedir.
Can demə sən mənə ey gül,canım əldən də gedir, İnciyib söz eşqindən,dərdlidi,eldən də gedir... Quruyub qol-qanadım eşq sarıdan laldı dilim, Deməyib qəlb sözünü,qəlb küsüb dildən də gedir. Kükrəyib coşdu könül göz yaşın sel kimi görüb, Dözməyib bu halına can elə seldən də gedir. Ah çəkib,fəryad edib inlədik eşqin yolunda, Səsimiz ərşə qalxdı,hissimiz zildən də gedir. Gülə həsrət qalan o bülbül dərdlə nalə çəkir, Nalənin təsirinə dözməyib güldən də gedir. Bayramı əzib sıxdın şirin nazın,qəmzən ilə, İnciyib,qəlbindəsə sən tək gözəldən də gedir... 12.11.2015. |
Şiirinizi kutlar ve tebrik ederim…
Beğendim ve haz aldım…
...................................................... Saygı ve Selamlar….