Yazılan her sözler...
Yazılan hər sözlər...
Yorumlar yazılır:-“salam,sayğılar”, Olunmur şeirə hörmət,qayğılar, Bəzisin yazdığı söz bayağılar, Şeir sənətində yersiz düzülür, Yazılan hər sözlər tək-tək çözülür.. Kimə düz deyirsən bir təhqir sanır, Sərbəsti,hecanı ağlı tək qanır. Nəzəri,savadı yazıda danır, Sındırma deyilib buna dözülür, Yazılan hər sözlər tək-tək çözülür... Böyük yazarlarım yalan olubdur, Şeirin qaydası talan olubdur, Dəngəsiz “şaircik” kalan olubdur, Mənasız şeirlər belə süzülür, Yazılan hər sözlər tək-tək çözülür... Məndən inciməsin ustad yazarlar, Çoxalıb sözləri tərsə yozarlar, Ədəbi qaydanı bilməz pozarlar Haqq yolun deyəndə səndən küsülür, Yazılan hər sözlər tək-tək çözülür... Qoruyaq Türklüyün ədəb qaydasın, Türkün folklorunda Türklük sevdasın, Qəbul eyləməyək şeir xətasın, Ədəbi qaydalar hərdən üzülür, Yazılan hər sözlər tək-tək çözülür... Mənim Tuncay,Nihal,Aksakalım var, Sadık,Korkud kimi dərs alalım var, Bu yolda çox bizdə Rüstəm Zalım var, Ustaddan dərs alan ürəkdən gülür, Yazılan hər sözlər tək-tək çözülür... 2015. |