Verir...
Verir...
İnsan tərbiyəsi yolun azanda, Yazdığı sözlərdə çaşıb çat verir... Ədəb qaydasının həddin aşanda, Nəfəsdən pis qoxu sözdə “dad”verir... İnsan insanlığa hörmət etməli, İstəyə ədəbli sözlə yetməli, Haqq yolun düşünüb haqla getməli, Haqq insan ömrünə şən həyat verir. Tənqid düşüncədir,söyüş nadanlıq, Əgər söyüş varsa,itib insanlıq, Əsəbi hər başda ağıl dumanlıq, Azdırıb insanı dərdli ad verir. Çalış dalaşanda yer qoy barışa, Girmə murdar olan söyüş yarışa, Qoyma ki çirkaba əqlin qarışa, Qarışsa dərdini yeddi qat verir. Həyatda ideal bir kimsə yoxdur, İnsan dediyində xətalar çoxdur. Əsəbin özündə əqlinlə boğdur, Haqqı düşünməsən, əsəb mat verir... Oxuyub Bayramın sözünü anla, İstərsən qəbul et,istərsən yanla, Keçir həyatını haqqı duyanla, Haqq insan yolunu salamat verir... 20.07.2015. |