Gezirem...
Gəzirəm...
Susaraq haqsızlığa çəkib xəcalət gəzirəm, Bu günə şükür deyib,"başı səlamət"gəzirəm... Kimi vicdanı satıb kürsü hesaba "dolanır", Yığaraq ətrafına qohum,əsaba "dolanır", Məsumun iş-gücü yox,dozür əzaba "dolanır", Olunur bizlərə də mənasız minnət,gəzirəm, Susaraq haqsızlığa çəkib xəcalət gəzirəm, Bu günə şükür deyib,"başı səlamət"gəzirəm... Qarnım ac,gözüm isə zillənib yola dözürəm, Başıma haqsızlardan gəlir çox bəla dözürəm, Əzabdan büzüşərək dönüb bir çula dözürəm, Harınlar əlindənsə çəkərək zillət dözürəm Susaraq haqsızlığa çəkib xəcalət gəzirəm, Bu günə şükür deyib "başı səlamət"gəzirəm... Qorxuram haqqı tələb etməyə nalan gəzirəm, Nəfəsim gedib gəlir,varlığım yalan gəzirəm, Qismətim şeytan qapır,ruzisi talan gəzirəm, Lal koram,insanlığa olur cinayət gəzirəm Susaraq haqsızlığa çəkib xəcalət gəzirəm, Bu günə şükür deyib "başı səlamət"gəzirəm... Hələ ki söyləmirəm şər deyib böhtan atanı, Qardaşı pula görə araq,şəraba satanı, Vicdanı,qeyrəti pul olub çamura batanı, Görürəm insanlığa edir xəyanət,gəzirəm, Susaraq haqsızlığa çəkib xəcalət gəzirəm, Bu günə şükür deyib "başı səlamət"gəzirəm... Bu qədər oyunlara hey susuram səbrim ilə, Susquna,susqunluğa dələduzlar qurur tələ, Haqqımı sormaq isə haqqım ilə gəlmir dilə, Xəyalda axtararaq haqla ədalət gəzirəm, Susaraq haqsızlığa çəkib xəcalət gəzirəm, Bu günə şükür deyib "başı səlamət"gəzirəm... İnsanlar yolun azır,axirətdən yox xəbəri, Boğaz qarından uca,ağılda qarın kədəri, Nadanlıq anlamayır yaşam insanda ötəri, Bunlara anlatmaqçün bilin həqiqət gəzirəm, Susaraq haqsızlığa çəkib xəcalət gəzirəm, Bu günə şükür deyib "başı səlamət"gəzirəm... 20.09.2016. |