Gözel...
G Ö Z Ə L
Mənə naz eyləyərək eşqimə yan baxma gözəl, Agah ol bu qəlbimdən, sən yandırıb yaxma gözəl. Varlığım tək sənindir üzmə məni aşiqinəm, Baxışla canım alıb,bu qəlbimi sıxma gözəl. Gah süzgün baxışlarla eşqim ilə oynayırsan, Bu nazın işvən nədir,gəl sürüyüb yıxma gözəl. Sənin o eşq gəlişin qəlbimə hakim kəsilib, Eşqimin hakimi ol,şimşək kimi çaxma gözəl. Sevdamın sahibisən,ədalətli sahib kimi, Eşqinlə ax qəlbimə,ol ona sən doğma gözəl Bayram da nazın ilə çox oynayıb,oynayacaq, Qəlbini astaca aç,gəl özündən çıxma gözəl. 12.11.2014. |
Daha heç de su kimi her terefe axma gözel...
Bu da menden.