Biz qalaq qardaş...
Biz qalaq qardaş...
Turan eşqi ilə qəlbi döyünənlərə... Salam olsun Türk elimin özünə, Ürəkdən deyilmiş birlik sözünə, Düşək Turanımın varlıq izinə, Bir olaq, birlikdən güc alaq qardaş, Turan birliyində biz qalaq qardaş... İçim çox alışır gizlincə yanır, Kərküküm düşmənlə tənha dayanır, Bu yatmış türklüyüm asta oyanır, Birliyə biz olaq bir mayak qardaş, Turan birliyində biz qalaq qardaş... Birlik ,çağırışı qəlbimi açdı, Turan ellərimin ətrini saçdı, Turansız bu qəlbim tənhadır, acdı, Qəlbimə birlikdə ol dayaq qardaş, Turan birliyində biz qalaq qardaş... Qərbləşən gənclərim qəlbimi dəlir, “Avropa” deyilən mənə dar gəlir, QəlbimTürk birliyin varlığım bilir, Türk qəbul edəmməz yad calaq qardaş, Turan birliyində biz qalaq qardaş... Bayramam, ürəyim doludur-dolu, Söylədim qardaşım tutduğum yolu, Turanla güc alsın hər Türkin oğlu, Birlik zəfərini tez çalaq qardaş, Turan birliyində biz qalaq qardaş... 31.07.1014 |
Kalemin susmasın
___________________________Selamlar