Okuma...
Oxuma...
Şeir anlayançün yazılır eşit, Əgər anlamırsan,dayan,oxuma. Təmiz Türk dilində yazıram,ancaq Sözləri pis günə qoyan,oxuma. Yunus,Nizaminin sözüdür dilim, Ərsoy,Bəxtiyarın elidir elim, Dünya yaranandan dilim,təməlim. Türklüyə olmasan həyan,oxuma. Bölmə ana dilim şivə,adlara, Bax zəngin Türk dildə ballı dadlara, Şeir sözlü olan dilim yadlara, Əzəldən olmuşdur bəyan,oxuma. İncəlik,nəciblik dilimlə əsir, Dilimə qısqanclıq çoxların əzir, Dahi şairlərim dillərdə gəzir, Dilimin gücündən cayan,oxuma. Sözümü söylədim sözü qanana, Özünü çoxbilmiş “dilçi”sanana, Oxuyub öyrənsin baxıb zamana, Sözləri anlamsız duyan,oxuma. Bayramın sözlərin anlasan əgər, Dilin Türk sözlərlə bal,şəkər tökər, Ədəbi aləmdə şeirə çəkər, Qısqansan görərsən ziyan,oxuma... |