SÖZ YIXILANDA
***
Özü yıxılan kəs ağlamazmış bəs Niyə ağlayırıq biz yıxılanda. Çatsa da ürəyə sədası,əbəs, Dirsək yıxılanda,diz yıxılanda. * Fərqinə varmırıq biz yıxılmağın, Arxa yıxılmağın,üz yıxılmağın, Bəzən faydası var tez yıxılmağın, Adam tez dikəlir tez yıxılanda. * Əllidən anlayar əlli yaş adam, Yeri ayaq adam,özü baş adam, İstər ağac olsun,istər daş adam , Yerinə düşəcək düz yıxılanda. * Əsl-nəcabətdən qürur dikəlir, Başını göylərə vurur dikəlir, Adam yıxılanda durur dikəlir, Dikəlmir büdrəyib söz yıxılanda. * <>* |
GÜZEL DUYGULARIN SESİ OLAN ŞİİRİN ANLATIM ÇABALARI YERİNDE…
Kutlu dileklerimle.
Çok Beğendim.
…………………. Saygı ve Selamlar…