HEÇ OLMADI YALAN SÖZÜM
***
Çıxan gündən dilucumdan Şərafətdir. Kim götürdü ovucumdan, Ziyafətdir. * Heç olmadı yalan sözüm, Söz altında qalan sözüm, Qoy desinlər filan sözüm Qəbahətdir. * Üzmə üzdə,dərinə gəl, Baş vur dərin yerinə gəl, Dərdin varsa pirinə gəl, Kəramətdir. * Zil yerinə,bəm yerinə, Səs calanmaz kəm yerinə, Dadanmışam qəm yerinə, Şikayətdir. * İçimdə təlatüm,coşqu, Qəlb atışı könül məşqi, Umduğum o həyat eşqi, Məhəbbətdir. *<>* |