Qanlı,qara Yanvaram..!Qərənfiləm azadlığa zindan Vətənəm işğalda torpağa həsrət Bir gecəyəm qanla boğulan tarix Azadlığam susdurula bilməyən səsəm. Qanlı qara iyirmi yanvara bürünmüş yarayam Azərbaycanam, Bakıdan vurulanam Axan günahsız qanlaram,xəzərin göz yaşlarıyam Doxsanlaram unudulmayan dərin yaralaram. Millətəm azadlığa qan səpilmiş bir gecəyəm Günahsız,silahsız türkəm , tankların önündə əyilməz gücəm. Qanlı yaralar izləriyəm yanvar yaddaşıyam Fəryad səsləriyəm əllərin cəllad olduğu gecədə Bir millətəm, qanla yazılmış zəfərəm,Azərbaycanam ,dalğalanan üç rəngli bayrağam. Müəllif: Anar İsgəndərli (Arlin Eden |