OĞLUMA NƏSİHƏT
***
Cəhd elə, sirdi həyat, anlamağı öğrən oğul, Sözünü hikmət ilə donlamağı öyrən oğul. * Sabahın eşqi hanı cuş eləyir qanda həmən, Sübhü duy, vaxtını bıl,banlamağı öyrən oğul. * Günü dəryada keçən yelkəni yox bir gəmi sən, Diqqət et sahilinə yanlamağı öyrən oğul. * Hər kəsin izzəti var nəfsinə hakim qılınıb, Lafını etmə naxoş,danlamağı öyrən oğul. * Vahidəm,mən babayam,çünki nəsihətdi işim, Bədava sanma ucüz, dinləməyi öyrən oğul. *<>* |
Kalemin susmasın
_______________________Selamlar