BİR UCU MƏNDƏDİR,SƏNDƏ BİR UCU
***
Elə öyrəşdirdik üzü yalana, Qamaşmır calasan düzü yalana, Götürüb gedirik sözü yalana, Bir ucu məndədir,səndə bir ucu. * Qatı açılmamış dərdi şax gəlir, Bəzənib,düzənib təmtəraq gəlir, Yerdə nahaqq olan Göydən haqq gəlir, Bir ucu Allahdır,bəndə bir ucu. * Bu düzən,bu dügün xələfə bağlı, Əlində bayrağa mələfə bağlı, Açılar,açılmaz kələfə bağlı, Səndə olan ucun məndə bir ucu. * Oynadar kür fələk bizi həm çalıb, Rəngı halımızın bir az qəm çalıb, Düzəlsin deyirik min qələm çalıb, Qollanır bir ucu,gündə bir ucu. *<>* |
Kalemin susmasın
__________________Selamlar