ANAMDAN HABER OLMADI
***
Kiraz erkən pöhrələdi, Anamdan xəbər olmadı. Çiçəklədi,bəhrələdi, Anamdan xəbər olmadı. * Leysan yağırdı,çağırdım, Yüküm ağırdı,çağırdım, Başım ağrıdı,çağırdım, Anamdan xəbər olmadı. * Göklərin üzü qaraldı, Təndirin közü qaraldı, Səbrımin gözü qaraldı, Anamdan xəbər olmadı. * Duman dağdan endi gəldi, Sis dərəyə sindi gəldi, Leyləklər də döndü gəldi, Anamdan xəbər olmadı. * Dörd bacımız qardaşımız, Nələr çəkmədi başımız, Döyüldü elçi daşımız, Anamdan xəbər olmadı. * Rəsminə qara bağladım, Asdım divardan ağladım, Ha gəzdim,ha soraqladım, Anamdan xəbər olmadı. * Boynumda haqqı,minnəti, Ruhuna Tanrı rəhməti, Cənnətdən gəldi dəvəti, Anamdan xəbər olmadı. *<>* |