ALLAHDI,ŞEYTANDI YANINDA BƏNDƏ
Şiirinizi Yazın
*** Yazdım qaraladım ağ divarımı, Bir bucaq vərləyib sağ deyəmmirəm. Qonağın önündə qızardır məni, Gələnə gedənə ağ deyəmmirəm. * Hərdən söylənirəm-unut! çəkmişəm, Saraldıb üstündən umud çəkmişəm, Bir topa boz rəngdə bulud çəkmişəm, Yel alıb götürür,yağ deyəmmirəm. * Başımla becərdım,nə əkdi dilim, Xəttim qırıq-qırıq,qədəhdi dilim, Dağların yanında gödəkdi dilim, Çizmişəm təpədi,dağ deyəmmirəm. * Din talvar üstündə,banında bəndə, Allahdı,şeytandı,yanında bəndə, Zamanı çizmişəm,fonunda bəndə, Bu qəhbə dövrana çağ deyəmmirəm. *** |