TURAN MENEM MEN...
Turan mənəm,mən.
Səma Ramazanlıya nəzirə. Tarixlər ötürdüm şərəflə,şanla, Cəsarət,hünərim bəlli cahanla, Türklük əqidəmlə,şəhidlik qanla, Düşməni gözündən vuran mənəm,mən, Dünyaya hökm edən Turan mənəm,mən. Mənim keçmişimin izinə baxın, Hər bir igidimin gözünə baxın, Qeyrətlə,qeyrətin özünə baxın, Haqqı,ədaləti soran mənəm,mən, Dünyaya hökm edən Turan mənəm,mən. “Keçəl Həmzə”lərdən törəyənlərin, Dayı diktəsilə yeriyənlərin, Şər-böhtan eşqilə əriyənlərin, Onurğa sütunun qıran mənəm,mən, Dünyaya hökm edən Turan mənəm,mən. Döyüş alın yazım,torpaq qeyrətim, Altaydan Tunaya mənim sərvətim, Türklük milliyətim,Turan qismətim, Düşmənlər qəsdinə duran mənəm,mən, Dünyaya hökm edən Turan mənəm,mən... 04.12.2014. |