D Ü N Y A D I . . .
Dünyadı...
Bu dünyanın gecəsi,gündüzü var, Haramı çox,haqq yol olan düzü var, İnsanının tamah nəfis üzü var, Düşünmə ki ancaq yalan dünyadı, Haqsızlığa soraq olan dünyadı. Haqqa kordur,əməlləri hiylədir, Yolu hamar,qurğuları tələdir, Haqqı sixib quzu kimi mələdir, Şeytan əllə heyif talan dünyadı, Haqsızlığa soraq olan dünyadı. İnsanları sərvət,maldan asılı Tamah nəfis haramlıqla yazılı, Nadan əllə haqq bir küncə qısılı, Ədaləti tora salan dünyadı, Haqsızlığa soraq olan dünyadı. Şər,bböhtansa zaman ada yamaqdır, Bu dünyanın günahını yumaqdır, İnsan düşüncəsi buna dayaqdır, Düzəlməyib belə qalan dünyadı, Haqsızlığa soraq olan dünyadı. Bayram görüb,dünya sənin üzünü, Çox yola salmısan mən tək yüzünü, İnsafa gəl,haqla söylə sözünü, Deyilməsin bizə palan dünyadı, Haqsızlığa soraq olan dünyadı... 10.04.2016. |