Hər sözün ac...
Hər sözün ac...
Tutursan sən başı aşda,aşı başda gözün ac, Yeməyə baş qarışıb,içdən yanırsan közün ac. Çəkmisən bağa,düzə su kəməri boşdu içi, Yanır bağ,çöl çəmənin su sarıdan öz düzün ac. Iş görən kimsələrin işlərinə əl qoyaraq, Alırsan məmur rüşvət,tamah güclü sən özün ac. Ver ha ver,al ha aldır,məmləkətim hey talanır, Təriflər söyləyirsən,söylədiyin hər “düzün”ac. Gecələr xəyal,fikir ac qarına yoldaş olur, Gündüzlər qaçha qaçdır,yox çörəyin,gündüzün ac. Taqətim qalmayıbdır,ac-yalavac günüm keçir, Şüar tək söylədiyin,bizlərə o, hər dözün ac. Sən bizim rüşvət sevər,vədi yalan məmurusan, Kişi tək düzün danış,söylədiyin hər sözün ac... 2015. |