Getmək...
Yenə getmək istəyirəm uzaqlara
Nədənsə ayaqlarım getmir beynim hökm etmir Mən gecikirəm uzaq səfərlərə amma getmək istəyirəm uzaqlara Qaçaraq getmək buraları tərk etmək tozlu keçmişə səyahət etmək İnsanları tərk etmək onları silmək əbədiyyatdan, ədəbiyyata çıxmaq İlk yazılmış roman olmaq yarımçıq oxunuraq atılmaq Və sonda tənha qalmaq bir neçə sətirlərlə Düşünərək dərk etmək. Dərk edilərək tərk edilmək Bir neçə səhifədə tapmaq özünü bəyaz kağızlarda mürəkkəb olmaq Deyəsən çox gec oldu yenə qaranlıq düşdü ay işığı pəncərimi döyür Sakit nəfəs kimi otağıma daxil olur başıma sığal çəkir məni oyadır Artıq getmək vaxtıdır oyan gecikir saatlar məni oyadır sayılı dəqiqələr Yorunuğam birazda halsızam uzaq səfərə çıxıram mən bugün sonuncuyam Qapımı döyür küləklər çağlayır şimşəklər kəsibdir nəfəsimi veribdi həvəsimi Bayırda əsir nifrətlər və bir neçə saxta təbəssümlər əl çalır buludlar Bura çox qəribdir bura cinlər diyarıdır mənə yer yoxdur Mənə getmək lazımdır buraları tərk etmək lazımdır Bir neçə köhnə fotolarıda almalıyam yanıma bəlkə yenidən özümü tapdım o fotolarda Axı köhnə fotolarda necədə səmimiyyət necədə bihuş edici görkəm var Bu şəhərləri bəzəyiblər bir neçə rəngli parklarla, boz binalarla Yenə beynimdə qarışdı fikirlərim tənha ayaq səslərim getmək istəyirəm Amma heyf gedən saatlarımdı cismim və ruhum yenədə əsir olub bu boz binalara bu rəngli nağıllara.. |