Mən Təbrizəm..!!
Mən Təbrizəm,
Səsi kəsilmiş şəhərəm susuram qardaş, fars əsiriyəm. Mən türklərin boynuna salınmış edam kəndiriyəm Mən təkəm, mən yalqızam Mən cənub torpağıyam. Bu torpaq üçün axıdılan qanam mən Azərbaycanam baxıram kiçik qardaşıma həsrətlə yaşayır o, sevinclə unudub deyəsən məni axı O, kef içində insanları da xoşbəxt sanki yox dərdləri pul düşkünləri olublar Vətənsiz Vətən sevənləri axı unudarmı qardaş-qardaşı ? Hanı bozqurdum ? hanı Cin sarayını basan Kürşadım ? Bax şimal qardaşım, kiçik qardaşım mən tək qalmışam farslaşıram istəmirəm Ərdəbilim qan içində Marağam qəfəsdə Urmiyam qurudulur Azərbaycanım Son nəfəsdə MÜƏLLİF: ANAR İSGƏNDƏRLİ TARİX: 12/09/2014 |