YAŞ QALMAYACAQ
Ürəyim kövrəlib,gözlərim dolub,
Deyəsən,gözümdə yaş qalmayacaq. Bilmirəm bu gecə mənə nə olub?! Deyəsən,gözümdə yaş qalmayacaq. Yanıqlı bir türkü qəlbimi didir, Xəyalım dolaşıb uzağa gedir. Gördüyüm röyadır,yoxsa ki nədir? Deyəsən,gözümdə yaş qalmayacaq. Bu yükü üstümdən ata bilmirəm, Sevinci nisgilə qata bilmirəm. Bir qədər dincəlib yata bilmirəm, Deyəsən,gözümdə yaş qalmayacaq. Həsrətin qəlbimi gör didir necə, Kaş görə biləydim səni gizlicə. Qəlbimi ovuda bilməyir gecə, Deyəsən,gözümdə yaş qalmayacaq. Nəfəsim tükənir,nəfəsim bitir, Fədakar,köməyə özünü yetir. Gözümü silməyə bir yaylıq gətir, Deyəsən,gözümdə yaş qalmayacaq. |