ANAŞiirin hikayesini görmek için tıklayın ÖMRÜNÜN 50 İLİNİ XALQININ MAARİFLƏNMƏSİNƏ HƏSR ETMİŞ ANAM NAİLƏNİN ƏZİZ XATİRƏSİNƏ
Yenə qarşımdasan, gözün gözümdə,
Ruhun canımdadır, özün özümdə, Adın dilimdədir, sözün sözümdə, Sən daim, solmayan bir bağsan, ana! Hələ də gözümdə sən sağsan, ana! Öyüdün yenə də qulağımdadır, Mehriban öpüşün yanağımdadır, Ruzun, bərəkətin ayağımdadır, Əlimdə tutduğum bayraqsan, ana! Hələ də gözümdə sən sağsan, ana! O gözəl məqamlar, çağlar de hanı? Könül unudarmı xoşbəxt bir anı? Qulağım eşidir şirin laylanı, Qaynayan çəşməsən, bulaqsan, ana! Hələ də gözümdə sən sağsan, ana! Ömrünü namusla vurdun sən başa, Bir arzun,istəyin dəymədi daşa. Surətin qəlbimi gətirir cuşa, Vüqarlı zirvəsən, sən dağsan, ana! Hələ də gözümdə sən sağsan, ana! Həyatın bir örnək olubdu mənə, Nə qədər yaşasam borcluyam sənə. Demişəm, deyirəm, deyəcəm yenə: Ləkəsiz, təmizsən, dümağsan, ana! Hələ də gözümdə sən sağsan, ana! |
Varolsun yüreğiniz
Muhabbtle.*.*.*.