1
Yorum
3
Beğeni
5,0
Puan
1754
Okunma

Heç kəsi qoymaz naçar,
Bağlı qapılar açar,
Ömrümüzə nur saçar
Anaların duası.
Bərəkət yağışıdır,
Tanrının alqışıdır,
Həyatın naxışıdır
Anaların duası.
Dilər bizə səadət,
Saf sevgi, saf məhəbbət.
Bir etibar, sədaqət
Anaların duası.
Yeriyən ayağımız,
Dar gündə dayağımız,
Baş üstdə bayrağımız
Anaların duası.
Qüvvədir qolumuza,
Güc verir canımıza.
Bələdçi yolumuza
Anaların duası.
Duzumuz, çörəyimiz,
Arzumuz, diləyimiz,
Həmişə gərəyimiz
Anaların duası.
5.0
100% (2)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.