BAFALIŞiirin hikayesini görmek için tıklayın Dostum, gözəl sazbənd, Bolnisi rayonundan olan Bafalı Adıgözəlovun bu gün oğlunun toyudur. Bu münasibətlə yazmışam.
Bu gün şad günündü, gülür gözlərin,
Sənə qarışmışıq biz də, Bafalı. Həmişə toy olsun eldə-obada, Gülüş kəm olmasın üzdə, Bafalı. Sənin sevincinə ortaq olmuşuq, Bu xoş gündən biz də bir pay almışıq, Yolların bağrına cığır salmışıq, Sevinir dillərdə söz də, Bafalı. Tanrıdan diləyim, bu gənc balalar Bir ömür payını gen-bol alalar! Dünyanın xoşbəxti, nurlu olalar, Sən də nəğmə söylə sazda, Bafalı. Baxma ki olmuşuq biz yol yorğunu, Ataq bir tərəfə sual-sorğunu. Gözəl vəsf eləyək dostun uğrunu, Sən fərəh içində izdə, Bafalı. Hamının üzündə sevinc görürəm, Şer bağçasında çələng hörürəm. Əflatunam, xeyir-dua verirəm, Daim dost yolunu gözdə, Bafalı. 17.09.13. |
_____________________________Çox gözeldi usta qelemi üreyi salamlıyıram
Saygılar usta geleme