HARAYADIR (cinas gəraylı)
Bu nə qanlı gediş belə,
Dünya, yolun harayadır? Yoxsa qəflət alıb elə, Bir qulaq ver haraya, dur! Çaşıbsanmı, bax işinə, Qarışma Allah işinə! Əlində qanın işi nə? Qışqırıram: "Haraya? Dur!!!" Soruşmursan bəs nədəndi, Gözündəki bu nə dəndi? De, ağlayım bəs nədən di? Mən yalvarım, haray a... dur!.. Əflatun da Haq yol umdu, Bu getdiyin nə yolundu? Haray çəkdi, Haq yolundu, Sən də dedin haraya; "Dur!". 05.09.13. |