ÖVLAD SEVGİSİ
Rəşid Faxralı
ÖVLAD SEVGİSİ (poema) Hər ata qızının sağlamlığı naminə həyatını təhlükəyə atırmı? Hər ata balasının yaşaması üçün böy¬rə¬¬yini ona verirmi? Ata nə qədər böyük ürək yiyəsi olmalıdır ki, donor böyrəyinə etibar eləməsin, gö¬zü¬nün nuru bildiyi ciyərparasına məhz öz böyrəyini versin! Övlad sevgisinin qüdrətinə bax! İnsanlıq meyarı, mənəviyyat timsalı olan İsmət Abasovun duyğularını belə yaşadım... Tanrı mərhəmətindən Güc alan sevgidir bu! Tanrının dərgahına Ucalan sevgidir bu! Sellər kimi çağlayıb, Şər-xatanı haxlayıb, Yamanlığı dağlayıb Bac alan sevgidir bu! Amansız aman ilə, Yozumsuz güman ilə, İnsafsız zaman ilə öc olan sevgidir bu! Ömürdən dərd daşına, Dərd düşə dərd daşına. Rəşidlərin başına Tac olan sevgidir bu! *** Bu elə sevgidi! Belə sevgini İnamla, imanla dərk etməliyik. Bu yerin üstündə, göyün altında Bütün sevgilərə börk etməliyik. Dünyanı qılıncla yarı bölənlər, Böyük sevgilərə boyun əyiblər. Elə ona görə insan oğluna dünyaya tən gələn bəşər deyiblər. İmanı kamilin hər bismillahı Duyan ürəklərə təbərrik olub. Tanrının lütfüdü, ata sevgisi övladın ömrünə üzərrik olub. *** Bənövşə qoxuyan bu sevgiyə bax, Ətri illər ilə azalmayacaq. Könül xoşluğudu duyana, ancaq güllər bu sevgini tanımalıdı. Üzərrik misallı mərhəmət kimi, Dünyanı yaşadan inayət kimi, İllərə can verən mərhəmət kimi Dillər bu sevgini tanımalıdı. Ocaq əvəzidi, pir əvəzidi, Ovsun əvəzidi, sirr əvəzidi, Dünyanın gözünə nur əvəzidi, İllər bu sevgini tanımalıdı. Duyumsuz kəslərə görk olmalıdı, Göm-göy göy üzünün göyqurşağıtək Duyğusu korşlara börk əvəzidi, Ellər bu sevgini tanımalıdı. Gecə uzanırdı...Düşüncələrim Ayın gözlərindən işıq içirmiş. Görəsən o vaxtlar elə bu vaxtlar İsmətin qəlbindən nələr keçirmiş?.. Ata: Gözümdən asılan yuxularımı Ürkək gülüşünlə biçirdik, qızım. Yayın bürküsündə can sıxılanda Şırın gülüşünü içirdik, qızım. Pərişan könlümü Ay nur saçanda “İrəvançuxuru” dilləndirirdi. Qara tellərini sığallayanda Bu təmas könlümü telləndirirdi. Sən mənim əvəzsiz varım-dövlətim, Sən mənim ziynətim, bir incimiydin. Sən mənə Tanrının sevinc payıydın, Gözümün nuruydun, Sevincimiydin. Çəmənlərin çiçəyi, Çiçəklərin ləçəyi. Ləçəklərin göyçəyi “Sevinc!”, “Sevinc!” deyirdi. Budaqdan küsən külək, Yarpaqlar üzən külək, Üzdüyü yarpaqları Yoluna düzən külək “Sevinc!”, “Sevinc!” deyirdi. Yoluna baxan yağış, Yoluna yağan yağış, Yol boyu axan yağış “Sevinc!”, “Sevinc!” deyirdi. Mənim ruhum idin, mənim ruhumu ağrılar sıxırdı dan sökülüncə. Canından üzülməz ağrılarını gözümə yığırdı dan sökülüncə. Göylərin gözləri dolurdu hərdən, Gözümə baxırdı dan sökülüncə. Sənin ağrıların yuxudan durub canımı yaxırdı dan sökülüncə... *** Ömrün çiçək vaxtında, Çiçəyin ləçək vaxtında. Hardan tapdı, necə tapdı bu biçimdə qada səni? Mənim balam, ağrı-acı necə saldı oda səni... Gümanların dumanına bürünmüşdü ömrün yazı... Sənin könül xoşluğunu Dada-dada bu yaşında gələn qada Belə əziz bir ömürə Mələklərin paxıllığı, ya qərəzi? Qərəzliklə gözəlliyə etirazı?.. Əzəl gündən canıma ruh, ruhuma can olan balam, Səni tapan qada-bəla Gizim-gizim gizildətdi Can evimi ruhumacan!.. Axşam-səhər ürəyimə Dərd toxumu əkirdi dərd. Dərdin görünməz üzünün qarasını gözlərimin qarasına çəkirdi dərd. Çək-çeviri daş əvəzi yollarıma düzürdü dərd. Ruhumun can ortağıydı, ürəyimi üzürdü dərd. Tərsə əsən yelə dönüb varlığımda əsirdi dərd. Mənim ata qürurumu Doğrayırdı, kəsirdi dərd... Günüm-ayım, Yerə sığmaz hay-harayım Yolda-izdə töyşüyürdü, Ömrüm-günüm Sazaq nədi, bürküdə də üşüyürdü. Can evimə sığışmayan, Yuxunda da üz-gözündən yığışmayan naçar ruhum üyüşürdü... Gecənin gecə vaxtı şirin yuxularını ovunmayan nəfəsim titrədirdi meh kimi. Ananın əllərinin sığalı tellərində par-par parıldayırdı səhərlər çiçək üstdə ələ dönən meh kimi. Qardaşının baxışı baxışına düşürdü bir qövsi-qüzeh kimi... Neçə yerdə neçə ünvan... Neçə həkim, neçə loğman Mənim ürək döyüntümə şahid oldu zaman-zaman... Zaman-zaman dava-dərman... Mənə zindan kəsilmişdi başdan-başa Yer kürəsi. Ruhu candan eləyirdi dializin vahiməsi... Gözlərimdə köz olurdu günüm-ayım, Göy üzündən üzülmürdü hay-harayım, Sıxılcımdan ağrıyırdı sevinc payım, Təbib-loğman tapammırdı çarəsini. Bacarsaydım göyü yerə ələyərdim, Ulduz-ulduz Yer üzünə çiləyərdim, Ağrıları ağrım ilə bələyərdim, Təbib-loğman tapammırdı çarəsini. Ruhumu da yandırırdı bir od-ocaq, Duyurdum ki, ağrılarım dərd olacaq... Hara getdik, nələr etdik biz də, ancaq təbib-loğman tapammırdı çarəsini. ...Bir dan üzü qərarımı pıçıldadım əsən yelə: İndən belə ümid ola biləmmərəm gələn aya, gələn ilə... Təsəllimi tapmalıyam Sevincimə özüm donor olmaq ilə! *** Həkim düşünürdü... Klinikada Üzülən ümidim düyün düşürdü. O biri otaqda Sevinc balamın ağrılarını Duyurdum, ürəyim əsirdi...Hələ Cərrah dillənmirdi...Vaxt ötüşürdü... Cərrahın qaşları çatıldı...Onda Ümid çiçəyimin ləçəyi soldu. Duyub ürəyimin döyüntüsünü Gözlərimə baxdı, gözləri doldu. Cərrahın qəlbindən nələr keçirdi? – Baş-başa qalmışdı düşüncələrlə. Dönməz inadımın əlindən tutub skalpelə baxdı təbəssüm ilə... *** Mənim Sevinc balam, mənim Sevincim, Bizi xoşbəxtliyə sən yetiribsən, Bizim könlümüzcə yaşamaq ilə. Bizim ömrümüzə ömür veribsən, Mənim böyrəyimi daşımaq ilə... *** Dərdlə döyüşdü dünya, Yoxsa üyüşdü dünya? Heyrətə düşdü dünya, Heyrət – ömür çırağın. Göydən ulduz dərərsən, Yollarına sərərsən. Gözəl günlər görərsən, İsmət – ömür çırağın Müəllif: Dünya çox kiçikdi...Bu böyük sevgi Günəşlə yanaşı asılmalıdı. Dünya mərhəmətlə yaşasın təki; Bu sevgi sevgilər üzərriyitək Tarix kitabına yazılmalıdı! |
Gözümdən asılan yuxularımı
Ürkək gülüşünlə biçirdik, qızım.
Yayın bürküsündə can sıxılanda
Şırın gülüşünü içirdik, qızım.
Pərişan könlümü Ay nur saçanda
“İrəvançuxuru” dilləndirirdi.
Qara tellərini sığallayanda
Bu təmas könlümü telləndirirdi.
Sən mənim əvəzsiz varım-dövlətim,
Sən mənim ziynətim, bir incimiydin.
Sən mənə Tanrının sevinc payıydın,
Gözümün nuruydun, Sevincimiydin.
O atayı ve şiir yazan usta qelemi salamlıyıram Allah şifa versin
Xoş gelipsen gardaş........................