0
Yorum
1
Beğeni
5,0
Puan
871
Okunma
Çehrələr solmuş artıq
Gözlərdə bitmiş nəşə
Qana boyanmış dünya
Fəryadlar köşə köşə
Bu sızıya...
istiraba...
atəşə...
Varsa bu çiləyə ağlayan gəlsin
Fələstində, Qazzədə
Bələklər bayraq rəngi
Beşiklər qan çanağı
Bəs bəşərin vicdanı
Pozulubdur ahəngi
Kimdi zalım?
Kimdi bunun qınağı?
Vuranmı?
Susanmı?
Ya çarəsizmi?
Çarəsiz ney kimi çağlayan gəlsin!
Varsa bu çiləyə ağlayan gəlsin
Sağalmır ki dünyanın
Gözlərindəki cüzzam
Arakanda vəhşilik
Qətl deyil qətliam
Nədir axı bunların günahları...
Suçları...
Inanç, islam və iman?
İnsandır axı insan!
5.0
100% (1)