0
Yorum
0
Beğeni
5,0
Puan
795
Okunma
Ümit, qorxu yoldaşım, durublar sağ solumda
Heyhat nəsib olarmı həsrət çəkdiyim diyar
Azğın nəfsim ram olsa, dayanmasa yolumda
Heybəmə doldurduğum yığın yığın günahlar
Şeytan qurur tələlər, qəlbimin otağına
Gahdan da yem oluram öz nəfsimin ağına
Utansa belə bir baş eyilsə ayağına
Ağlasa hönkür-hönkür gecə boyu, sabahlar
Budumu sədaqətin, əhdinə vəfa bumu
Cürm işlə cənnət istə məntiqincə oldumu
Ömür udumluq badə dolacaqmı doldumu
Burda nə içən doyar, nə də ki bir şey anlar
Cəzasımı? Bir düşün... Vahim və qorxunç o an
Öncə məşhər meydanı, və devasa bir divan
Keç sırat körpüsündən! Altında qaynar qazan!
Ordaki titrəmələr, sızlayışlar və ahlar!
5.0
100% (1)