Aman Polis Vurma Məni
AMAN POLİS VURMA MƏNİ
Bir əl saxla, bir dayan, dur!! Aman polis vurma məni. Haqqlarımın peşindəyəm, Əyilmirəm, qırma məni. Aman polis vurma məni, Mən də xalqın bir oğluyam. Yolunda can qoyacağam, Millətimin ər oğluyam. Aman polis, bilirsənki, Sən vurduqca qanım coşur. Sinirlərim çox gərilir, Kasam dolur, səbrim daşır. Aman polis o, vurduğun, Səni doğan bir anadır. Cənnət ayaqları altda, O, bir mələk, bir sonadır. Aman polis o, döydüyün, Sənin doğma öz bacındır. O, Aşina soyundandır, O, Tomrisdir baş tacındır. Aman polis duyursansa, Artıq durmaq zamanıdır. Boynumuzdan zəncirləri, Çəkib qırmaq zamanıdır. |
qeleminiz daim olsun