Ağla mənim üçün, gül mənim üçün
Ağla mənim üçün, gül mənim üçün
Süsənim, sünbülüm, sürməli gülüm, Libası ləl - zərdən, köynəyi tülüm, Vəfalı, cəfalı şeyda bülbülüm, Ağla mənim üçün, gül mənim üçün. Şeh – şəbnəm səfalı, şəbbü1 şəfalı, Azadxah2, avazlı, ay dili ballı, Nəğməkar, nəşəli, havalı, hallı, Ağla mənim üçün, gül mənim üçün. Tutuşar atəşə, oda pərvanə, Bilmirəm dəlisən, yoxsa divanə, Könlüm evin sökdün, tökdün, viranə, Ağla mənim üçün, gül mənim üçün. Hüseynəm bülbülüm, mən də bülbüləm, Bu Vətən bağında solan soy3 güləm, Səninlə ağlayam, səninlə güləm, Ağla mənim üçün, gül mənim üçün. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 1.- şəbbu – mixəkgülü, 2.- azadxah – azadlıqsevən, 3.- soy – növ, cür mənasında. |
kutluyuram üreyine gelemine bereket.
salamlar,saygılar