Laylamı çalmadım...
Laylamı çalmadım...
(Adını sevə-sevə yaraşdırdığım Cəsur nəvəmə) Özgə laylasına yatammır balam, Yuxusu göylərə çəkilib nədən?, Gülümsər üzündə kədər görsənir, Gözləri yol çəkir, ağrıyır bədən. Odum-ocağım da ona şirindir, Bir qərib eldə o rahat yatammır. Qəlbimdə bir nisgil, kədər boylanır, Sevgim onu gəzir, amma tapammır. Ah, niyə ay Allah, biz ayrı düşdük, Nədən bəxti belə kəm oldu onun. Balaca körpədir, məsum bir çiçək- Arzusu kor oldu kiçik Cəsurun. Atalı-analı böyümək ona, Ah, qismət deyilmiş-yalandı dünya! Kimiyə mehriban, kimiyə zəhər, Kimini çalan bir ilandı dünya! Sevgimi əlimdən aldı bu dünya, Balamı haradan tapım, ay Allah! Könlümün güzgüsü qırılıb daha, Gözümün yaşı da qurumur daha! Min cürə laylamı yazdım mən hər gün, O fağır balama layla çalmadım. Bəzən gülümsədi, ağladı hərdən, Bir an belə ondan ayrı qalmadım. Bala dağı yaman ağırmış demə, Gecələr yanında qala biləydim. Gözləri dolanda əlimdə dəsmal- Onun gözlərini kaş mən siləydim. Ömür karvanım da keçib gedir hey, Onun sözlərini eşitsəm ölləm. Qəbrimin üstündə bircə söz desə, İnan ki, yerimdən qalxıb dirilləm. Bir layla çalmadım, Cəsuruma mən, Bir cəsur əsgərim getdi əlimdən. Qocaldım, çəliyim torpağa düşdü, Bir balam yoxdur ki, tuta qolumdan. Bu tale məni də bəxti kəm yazdı, Sonuncu arzumu sellər apardı. Sinəmdə ətirli çiçək bitmişdi, Onu da sinəmdən Cəsur qopardı. 6 oktyabr, 2011-ci il. |
Onun sözlərini eşitsəm ölləm.
Qəbrimin üstündə bircə söz desə,
İnan ki, yerimdən qalxıb dirilləm.
Bir layla çalmadım, Cəsuruma mən,
Bir cəsur əsgərim getdi əlimdən.
Qocaldım, çəliyim torpağa düşdü,
Bir balam yoxdur ki, tuta qolumdan.
Bu tale məni də bəxti kəm yazdı,
Sonuncu arzumu sellər apardı.
Sinəmdə ətirli çiçək bitmişdi,
Onu da sinəmdən Cəsur qopardı.
6 oktyabr, 2011-ci il.
Çox gözeldi usta severek oxudum,
Üreğine sağlık, Salam olsun sana ve Ata yurduma