Gözəl ola...
Gözəl ola...
Gözəl ola, gözlərilə can ala, Yanağında aça qızılgül inci. “Qaşların oynadıb, gözündən gülə!” Sərt baxışı andırmaya qılıncı. Obaları oymaq-oymaq gəzəsən, Toy mağarda qoşa-qoşa süzəsən, Tellərinə gül-çiçəyi düzəsən, Qəmi ala, verə sənə sevinci! Hərdən gəlib qabaq-qənşər dayana, Eşq oduna sən yanasan, o yana! Səhər-səhər yuxudan bir oyana, Baxış odlu, sözlər şirin, dil inci! Məhəbbətlə o, bağlana həyata, Mərhəmətlə kimsəsizə əl tuta, Şirin-şəkər sözlərinə bal qata, Hünərin var, beləsindən gəl inci! Nizami Məmmədzadə |