Qoru əmanətimi!
Bu saatlarda bacımın Tomsk şəhərində rəhmətə getdiyi xəbəri gəldi mənə...
Qoru əmanətimi! Əziz bacım Gülçöhrəyə ithaf edirəm…. Qəflətən açılan bir güllə təki, Mənə xəbər gəldi, ömrüm qırıldı! Bacımın kədərli üzünü gördüm, Ürəyim diksindi, iki yarıldı! Ayrılığın sonu bax, belə çatdı, Çatmadım mən onun son nəfəsinə! Dərdləşə bilmədik, ömür-gün keçdi, Oynaya bilmədim toy həvəsinə! Dünyanın məhvəri nə tez fırlandı, Yad yerdə, torpaqda nə dedin, bacı! Bəlkə ata-ana kəlməsi dedin, Kaş görməyəydin dərd, əlacsız acı! Uzaqda gözümün yaşını tökdüm, Ürəyim səssizcə qannar ağladı! Nə gördün qərib bir məkanda, bacı? Ah, sənin naləni dinlər, ağladım! Torpağa yalvardım, daşa yalvardım, Ah, ömür itirdim, neyləyim aman! Sən idin dövlətim, gümanım, varım! Bu sevgi yaşatdı illərlə, inan! Atamın ruhuna dua oxudum, Anama yalvardım, nazını çəksin! Dərdli sözlərimdən xalça toxudum, Qoy orda toy olsun, köhlənlər səksin! Mənim bacım vardı – yadigar bacım, Onun gül çöhrəsin mələk sanırdım. Adı Gülçöhrəydi, üzü - gül çöhrə! Odur mənim qəmim, odur son dərdim! Ömür uzandıqca, dərdlər çoxalır, Bir bacı itirdim, qəm-kədər uddum! Həyat öz üzünü göstərir mənə, Ölümə gedirik biz addım-addım! Bu dünya ömrümü bax, belə alır, Bir ölüm taleyi yaşayan bacım! Nə gördün? Görmədin yaxşı günləri! Dərdləri çiynində daşıyan bacım! Vətənə gəlibsən, vətən sağ olsun, Torpağım, daşım da laylalar deyir. Yat üzün Günəşə sarı boylansın! Qibləm baxışıyla dualar deyir! Ey, torpaq, vəfalı bacımı saxla, Ondan əsirgəmə məhəbbətini! İndən belə səni çox sevəcəyəm, Qoru ana torpaq, əmanətimi! 03. 08.2013-cü il, Borçalı. |
Torpağım, daşım da laylalar deyir.
Yat üzün Günəşə sarı boylansın!
Qibləm baxışıyla dualar deyir!
Ey, torpaq, vəfalı bacımı saxla,
Ondan əsirgəmə məhəbbətini!
İndən belə səni çox sevəcəyəm,
Qoru ana torpaq, əmanətimi!
03. 08.2013-cü il, Borçalı.
çox gözeldi üstad severek oxudum
ürexine qelemine saxlık
Salamlar