Qayıdın
Qayıdın
Köçkünlərə,didərginlərə... Qayıdın vətəndən, eldən köçənlər, Qayıdın bulaqdan saf su içənlər, Qayıdın çəməni, çölü biçənlər, Qayıdın o dağlar sizi gözləyir. Könlümə bir həsrət teli düşübdür, O sazın bəmi-bəm,zili düşübdür, Türk ellərimizin dili düşübdür, Qayıdın dodaqlar sizi səsləyir. Meri-meyvəsi də şəkərdir, baldır, Badəni həmişə sağlığa qaldır, Bir ovuc moruğum şirin, bal dadır- O gözəl oylaqlar sizi gözləyir. Quzuyu indicə kəsmişəm, gəlin, Bəndi-bərəni də kəsmişəm, gəlin, Daha düşmənlərdən bezmişəm, gəlin, Qayıdın, qonaqlar sizi gözləyir. Həsrətəm sizdəki məzəyə-meyə, Keçdi ömrüm-günüm il saya-saya, Palıd da,cökə də ucalıb göyə- Meşədə qovaqlar sizi gözləyir. Didərgin etməyin oğulu, qızı, Azalıb göllərdə ördəyi, qazı, Yenə cövlan edir Əmrahın sazı- Qayıdın,barmaqlar sizi gözləyir. Həyat nəğməmi də yazıram, bilin. Kədərli durmayın-göz yaşı silin, Nura boyanıbdır yolları elin, Evlərdə çıraqlar sizi gözləyir. Sinəmdə söhbəti, sözü bir-bir seç, Meydan sulanmayır. məclis gülmür heç, Oğullar, igidlər silkələnmir heç, Paslanan yaraqlar sizi gözləyir. Dünyada namərdə meydan olmayıb, Mərd əkən çiçəklər heç vaxt solmayıb, Hələki torpağa şeytan dolmayıb, Qayıdın, torpaqlar sizi gözləyir. Eheyy... atlı qardaş! Vuruş gözlə sən! Vuruş qollarınla, vuruş gözlə sən, Düşməni məhv edib bir az gözləsən. Qələbə bayraqlar sizi gözləyir. |
Qayıdın
Köçkünlərə,didərginlərə...
Qayıdın vətəndən, eldən köçənlər,
Qayıdın bulaqdan saf su içənlər,
Qayıdın çəməni, çölü biçənlər,
Qayıdın o dağlar sizi gözləyir.
Könlümə bir həsrət teli düşübdür,
O sazın bəmi-bəm,zili düşübdür,
Türk ellərimizin dili düşübdür,
Qayıdın dodaqlar sizi səsləyir.
Meri-meyvəsi də şəkərdir, baldır,
Badəni həmişə sağlığa qaldır,
Bir ovuc moruğum şirin, bal dadır-
O gözəl oylaqlar sizi gözləyir.
Quzuyu indicə kəsmişəm, gəlin,
Bəndi-bərəni də kəsmişəm, gəlin,
Daha düşmənlərdən bezmişəm, gəlin,
Qayıdın, qonaqlar sizi gözləyir.
Həsrətəm sizdəki məzəyə-meyə,
Keçdi ömrüm-günüm il saya-saya,
Palıd da,cökə də ucalıb göyə-
Meşədə qovaqlar sizi gözləyir.
Didərgin etməyin oğulu, qızı,
Azalıb göllərdə ördəyi, qazı,
Yenə cövlan edir Əmrahın sazı-
Qayıdın,barmaqlar sizi gözləyir.
Həyat nəğməmi də yazıram, bilin.
Kədərli durmayın-göz yaşı silin,
Nura boyanıbdır yolları elin,
Evlərdə çıraqlar sizi gözləyir.
Sinəmdə söhbəti, sözü bir-bir seç,
Meydan sulanmayır. məclis gülmür heç,
Oğullar, igidlər silkələnmir heç,
Paslanan yaraqlar sizi gözləyir.
Dünyada namərdə meydan olmayıb,
Mərd əkən çiçəklər heç vaxt solmayıb,
Hələki torpağa şeytan dolmayıb,
Qayıdın, torpaqlar sizi gözləyir.
Eheyy... atlı qardaş! Vuruş gözlə sən!
Vuruş qollarınla, vuruş gözlə sən,
Düşməni məhv edib bir az gözləsən.
Qələbə bayraqlar sizi gözləyir.
Çox gözeldi gardaş üreğiye kelemiye sağlık
İnşallah onlar garabağa qaydaçaxlar
Çok yaxşı olaçax
Ata yurduna salam